Lütfi Zadəyə `fındıqbaş` deyən məmuru hansı cəza gözləyir? - Vəkil danışdı


19:26     08 Sentyabr 2017 akif.jpg

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli mətbuata açıqlamasında böyük azərbaycanlı alim Lütfi Zadəni “fındıqbaş” adlandırıb.Mətbuat xidmətinin rəhbərinin bu açıqlaması böyük narazılığa və müzakirələrə səbəb olub. Femida.az məsələnin hüquqi tərəfinə aydınlıq gətirib.



Dünya şöhrətli azərbaycanlı alimi “fındıqbaş” adlandıran Akif Əli məsuliyyət daşıyırmı?Bu ifadə təhqir kimi qəbul edilə bilərmi?

Mövzu ilə bağlı Femida.az -a açıqlama verən vəkil Adəm Məmmədov Akif Əlinin Lütfi Zadə haqqında söylədiyi təhqiredici ifadələrə görə, məsuliyyətə cəlb oluna və mərhumun ailəsinin təzminat davası açmaq hüququna malik olduğunu bildirib.





“ Təhqiredici ifadələrə görə, Akif Əli məhkəməyə verilə bilər. Linqvistik ekspertiza tətbiq olunaraq, bu təhqirin hansı formada olunması müəyyən olduqdan sonra, həmçinin şərəf və ləyaqətin alçaldılmasına görə, mülki məsuliyyətə cəlb oluna bilər”, deyə vəkil bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli mətbuata açıqlamasında böyük azərbaycanlı alim Lütfi Zadə haqqında bu sözləri deyib:

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Bu sözlərdən bir neçə saat sonra Akif Əli dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlərə görə üzr istəyib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9207